Şəmsiyyə Mustafayeva
ISO üzrə Ekspert
Ətraflı məlumat əldə etmək üçün müraciət edə biləsiniz:
Əlaqə nömrələri: (+994)512068779
(+994)124962316
elektron poçt ünvanımız: office@caucasusconsulting.org
Olena Radionova
ISO üzrə Ekspert, Təlimçi – idarəetmə sistemləri, effektiv idarəetmə metodları və LP (Lean texnologiyalar) üzrə məsləhətçi, biznes təlimçisi, aparıcı IRCA-nın auditoru.
Ətraflı məlumat əldə etmək üçün müraciət edə biləsiniz:
Əlaqə nömrələri: (+994)512068779
(+994)124962316
elektron poçt ünvanımız: office@caucasusconsulting.org
“Caucasus Consulting Group of Companies” MMC yerli və beynəlxalq şirkətlərin İSO standartlarına uyğun idarəçiliyinin qurulması məqsədi ilə müxtəlif yoxlama və sertifikatlaşdırma xidmətini təqdim edən beynəlxalq şirkət “Swiss Approval International”-ın (www.swissapproval.ch) regional nümayəndəsi “System Management” LLC ilə əməkdaşlıq çərçivəsində, eləcə də “ MQA Certification UK Ltd” (www.mqa.international/mqa-accreditations) rəsmi tərəfdaşı kimi effektiv idarəetmə və ISO Sertifikasiyası üzrə təlim və konsaltinq xidmətlərini təklif edir. Swiss Approval International” və “ MQA Certification UK Ltd” beynəlxalq bazarın tələblərini qarşılayan, IAF (International Astronautical Federation www.iafastro.org) və MLA (Modern Language Association www.mla.org) üzvü olan, həm Avropa İttifaqında həm də ABŞ-da yerləşən tanınmış Akkreditasiya İnstitutları tərəfindən akkreditə olunmuş sertifikatları təklif edir. Bu əməkdaşlıq çərçivəsində biz “Effektiv idarəetmə və ISO standartları üzrə Təlim, Konsaltinq və Sertifikatlaşdırma” xidmətləri təklif edirik:
İdarəetmə sistemlərinin sertifikatlaşdırılması
XXI əsrdə şirkətlər sürətlə dəyişən və inkişaf edən qlobal bazarda rəqabət üstünlüyü əldə etmək üçün daim inkişaf edir. Bu dinamik mühitdə davamlı uğur əldə etmək və qlobal rəqabət üstünlüyü əldə etmək üçün müəssisələrin müəyyən standartlara riayət etməsi çox vacibdir. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) bu məqsədə çatmaqda mühüm rol oynayan, yuxarıda qeyd edilənlər də daxil olmaqla bir cox standartlar yaratmışdır. Təşkilat tərəfindən nəşr olunan bu standartlar şirkətlərin xidmət və istehsal sahəsində müştəri məmnuniyyətini və məhsulun keyfiyyətini artırmağa, idarəetmə prosesini təkmilləşdirməyə, ətraf mühitin qorubması və insan sağlamlığının qorunmasına dair təlimatları özündə ehtiva edir. Bəs fəaliyyət istiqamətlərinə uyğun ISO standartlarının tətbiqi şirkətlər üçün önəmli edən səbəb nələrdir ?
Bu standartların tətbiqi:
• məhsulun və xidmətin inkişafında müştərinin istəkləri və gözləntiləri ön planda tutmasını, müştəri münasibətlərinə diqqət yetirən bir təşkilatda müştəri şikayətləri azalır, müştəri məmnuniyyəti və loyallığı artıracaq;
• Düzgün və effektiv idarəetmə fəaliyyətlərin daha yaxşı planlaşdırılması problemlərin daha sürətli həlli ilə əldə edilir ki, bu da əməliyyat xərclərini azaldacaq;
• İşçilərin sağlam, təhlükəsiz şəraitinin yaradılmasında beynəlxalq tələblərin tətbiqi insan sağlamlığının təhlükəsizliyini təmin edəcək;
• Istehsal müəssisələrində istehsal prosesinin standartlara uyğunlaşdırmaqla məhsulların keyfiyyətinin də beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edəcək;
• İnformasiya texnologiyalarının imkanlarından - “Süni intellect”dən istifadə edilməsi yeni yanaşmaları tələb edir ki, bu yeni idarəçilik sistemin beynəlxalq standarta uyğun qurulmasını təmin edəcək;
• Bütün problemlər sistemli şəkildə təhlil edilir və biznesin davamlı təkmilləşməsi üçün qərarlar toplusu yaradılır, bu proses hər dəfə yeniləndiyi üçün biznes davamlı olaraq inkişaf edəcək.
“Caucasus Consulting Group of Companies” MMC komandası olaraq Sizə formatlaşdırılmış xidmətlər təklif edirik. Təcrübələrimiz, təlim həllərimiz və məsləhət xidmətlərimizlə müəssisənizin rahat və rəsmi qaydada tələb olunan ISO sertifikatın alınmasını təmin edirik.
Təlim, məsləhət və sertifikatlaşma prosesi 5 mərhələdən ibarətdir:
Mərhələ-1: Hazırlıq. Biz təlim, boşluq təhlillərinin aparılması və planlaşdırma kimi mühüm fəaliyyətlərə diqqət yetirərək, müvəffəqiyyətli ISO sertifikatının birinci mərhələsinin əsasını qoymaqla başlayırıq.
Mərhələ-2: Sənədləşdirmə. Tələb olunan sənədlərin yazılması çox vaxt ən çətin və vaxt aparan icra mərhələsi hesab olunur. Bu nöqtədə Biz şirkətinizin kontekstində hər bir ISO standartının tələbinə uyğun xüsusi prosedurlar hazırlanır.
Mərhələ-3: İcra. Tətbiq mərhələsi işçilərə yeni prosedurların (tətbiq olunan sertifikat növündən aslı olaraq) təqdim edilməsini, onlara öz iş proseslərinin uyğunlaşdırılmasında və təkmilləşdirilməsində kömək etməyi əhatə edir. Bu mərhələdə çoxsaylı prosesləri təlimatların tələblərinə uyğun olaraq təkmilləşdiririk.
Mərhələ-4: Daxili Audit: Daxili auditlər şirkət daxilində standartların tələblərinin effektiv tətbiqini təmin etmək üçün yoxlamalar keçirir. Sertifikatlaşdırmadan əvvəl tam daxili audit məcburidir və Biz bu prossesə hazırlanma və aparılması mərhələsində iştirak edirik.
Mərhələ-5: Sertifikatlaşdırma. Müvəffəqiyyətli sertifikatlaşdırma auditdən sonra müstəqil və akkreditə olunmuş beynəlxalq institutlar tərəfindən verilir. Audit prossesi müvəffəqiyyətlə bitirildikdən sonra müəssisə müvafiq sertifikatla təmin edilir.